Çin hökuməti uyğur qadınlarını dölsüzləşdirir

03 iyul, 2020 14:34

Sintzyan-Uyğur Muxtariyyətinin dövlət sənədlərindən belə məlum olur ki, Çin hökuməti minlərlə uyğur qadınını dölsüzləşdirməyə hazırlaşır. Çini bu məsələdə “Foreign Policy” jurnalının müəllifləri şübhəli bilirlər.

Modern.az xəbər verir ki, jurnalın dərc etdiyi materialda uyğurların yaşadığı Xotan şəhərində və qonşu Quma qəzasında 2019-cu ildə ailə planlaşdırması üçün nəzərdə tutulmuş büdcə çıxarışlarından misal gətirilir. Sənəddə dövlətin şəhərdəki qadınların 14,8 mininin, əyalətdəki qadınların isə 8 mininin dölsüzləşdirilməsinə, həmçinin, hamilələyin qarşısını almaq üçün 5,9 min “uşaqlıq spiralı”na pul ayırdığı göstərilir. Nəşrdə qeyd olunur ki, bir ildə nəzərdə tutulan dölsüzləşdirmə sayı ümumilikdə son 20 il ərzində adambaşına düşən saydan çoxdur.

Məqalənin müəllifi bu siyasətin yalnız uyğurların yaşadığı rayonlara şamil edildiyini deyir. 2018-ci ildə Çində qadınlara qoyulan “spiral”ın 80%-i Sintzyan-Uyğur Muxtariyyətinin payına düşüb. Halbuki, bu muxtar rayonunun əhalisi Çinin ümumi əhalisinin cəmi 1,8%-ni təşkil edir.     

2018-ci ildən etibarən uyğur qadınların kütləvi şəkildə yerləşdirildiyi “tərbiyələndirmə düşərgələri”ndən çıxanlar onlara vurulan naməlum inyeksiyalardan, qoyulan “spirallar”dan və dölsüzləşdirmə prosedurlarından danışmağa başlayıblar. Bundan başqa, 2015-2018-ci illər ərzində uyğurların yaşadığı bölgələrdə doğum səviyyəsinin 84%-ə düşdüyü məlumdur.

Nəşrin yazdığına görə, dövlət həm də bu bölgələrə digər etnik çoxluqların nümayəndələrindən ibarət işçilər göndərir və millətlərarası nikahları təbliğ edir.

Bütün bunlar Çin hökumətinin uyğur azlıqlarına qarşı gördüyü tədbirlərin bir hissəsidir. Bir neçə ay öncə aktivistlər müsəlman-uyğurlarına dinin onlara qadağa etdiyi donuz ətinin zorla yedizdirlməsi ilə bağlı xəbərlər də vermişdilər.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"