Nüvə raketləri ilə silahlanmış ABŞ bombardmançıları yenə Rusiyaya doğru şığıdı

15 sentyabr, 2020 13:45

ABŞ strateji nüvə bombardmançıları növbəti dəfə Rusiya sərhədləri yaxınlığında görünüb. Bu dəfə bombardmançılar nüvə raketləri ilə silahlanıblar və Ukrayna hava məkanından istifadə etməklə ilhaq edilmiş Krım yaxınlığında manevrlər ediblər.

B-52H Stratofortress strateji bombardmançıları ötən gün sentyabrın 14-də Krım yarımadasından qərbdə uçuşlar keçiriblər. Qərb aviaresurslarından götürülmüş məlumatlara əsasən bombardmançılar Böyük Britaniyadakı Ferfold aviabazasından havaya qalxıblar. Onlar Ukrayna hava sahəsindən keçiblər və Odessa vilayəti üzərindən Qara dənizə keçiblər, oradan isə Krıma doğru kurs götürüblər. Bombardmançıların Krım yaxınlığında uçuşu təxminən 10 dəqiqə çəkib. Eyni zamanda Qara dəniz üzərində, Rusiya hava hüdudları yaxınlığında Böyük Britaniya Hərbi Hava Qüvvələrinin iki Sentinel R.1. kəşfiyyat təyyarəsi dövrə vururdu. “Julia51” və “Julia53” kod adlı təyyarələr bir saatdan çox Azov dənizi sahilləri boyu uçaraq kəşfiyyat aparıblar.

Hərbi mütəxəssislər qeyd edirlər ki, Böyük Britaniya təyyarələri ola bilsin Rusiyanın S-400 zenit-raket komplekslərinin radarlarının işini pozmağı məşq edirdi. Bu, ABŞ bombardmançılarının Rusiyaya nüvə zərbələrinə şərait yaratmaq məqsədi güdürdü.

Digər məlumata görə təxminən eyni saatlarda Rusiyanın Tu-160 strateji nüvə bombardmançıları Skandinaviya yarımadası üzərindən keçərək Böyük Britaniya hava sərhədlərinə yaxınlaşıb, bu ölkə ərazisindəki strateji obyektlərə raket zərbələrini məşq edib.

Xatırladaq ki, son həftələrdə ABŞ strateji bombardmançıları Krım istiqamətində Rusiya sərhədləri yaxınlığında tez-tez uçuşlar həyata keçirir.

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur?