Prezident naziri küçənin ortasında döydü - VİDEO
17 sentyabr, 2020 00:10

Qvineya prezidenti Alfa Konte ölkənin əmək nazirini döyüb. Hadisə küçədə baş verib.
Dövlət başçısı hökumət üzvünü öz vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirməməkdə və işinə məsuliyyətsiz yanaşmaqda ittiham edərək əsəblərini cilovlaya bilməyib və onu küçənin ortasında yumruqlamağa başlayıb.
Alfa Kontenin internetdə yayılan görüntüləri böyük rezonans doğurub.