Koçaryan Ermənistanı tənqid edir, Türkiyəyə isə haqq qazandırır...

19 sentyabr, 2020 01:30

“Əslində Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı heç bir mövqeyi yoxdur. Və düstur - bütün tərəfləri razı salacaq bir həll yolu tapmaq - bu mövqe deyil, bu xoş arzudur, daha çox təbliğat hiyləsidir: guya, biz ilk dəfə demişik ki, hamı üçün məqbul variant lazımdır. Qarabağın “Ermənistanla oxşar yanaşmalarımız var” söyləməsi mənim üçün ikiqat anlaşılmazdır. İndi Ermənistanda heç bir yanaşma, mövqe, ictimaiyyətin biləcəyi bir model yoxdur”.

Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bir qrup politoloqla görüşdə bəyan edib: 

“İndi, əgər onlar oxşardırlarsa, nə ilə oxşardırlar? Ermənistanın mövcud olmayan mövqeyi ilə? Mən sadəcə anlamıram. Və bu təhlükəlidir. Əgər dəqiq bir mövqeyiniz yoxdursa, növbəti təklif sizin lehinizə olmayacaq, çünki vasitəçilər çox həssasdırlar və danışıqlar prosesində hansı tərəfin nə dərəcədə güzəştə getməyə hazır olduğunu anlamağa çalışırlar. Sizdən açıq yanaşmalar eşitməsələr, mövqeyinizin çox elastik olduğunu düşünərlər və bu elastiklik sizə qarşı istifadə edilə bilər. Bu çox təbiidir və gündəlik həyatda da belədir. Hər kəsin bu xəttin kənarında sizinlə razılaşmağın mümkün olmadığını başa düşməsi üçün aydın bir mövqeyə sahib olmaq son dərəcə vacibdir. Qoy desinlər inadkardır, desinlər ki, onunla danışıq aparmaq çətindir, mənim haqqımda deyiblər, bilirəm. İndi məsələ şəxsi rəğbətdə deyil, - yəni sən xoşa gəlirsən ya yox, sən milli problemi həll edirsən və əgər səni daha çox narahat edirsə ki, insanlar bu və ya sonrakı məqamda sənin haqqında nə düşünəcəklər, deməli, sən o vəzifədə deyilsən və o işlə məşğul deyilsən, sənin statusun o deyil", - deyə Koçaryan Qarabağ münaqişəsi ilə bağlı Ermənistan hakimiyyətinin mövqeyini tənqid edərkən bildirib.

Robert Koçaryan son vaxtlar Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlərə də münasibət bildirib.

“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq, həmçinin bu hazırlığın belə nümayişi olmamışdı. Türkiyə müəyyən dərəcədə Rusiyanı tarazlaşdırmağa çalışır. Bu mənim təəssüratımdır. Məsələn, 2016-cı ilin aprel müharibəsi zamanı Rusiyanın müdaxiləsinin çox aktiv olduğunu xatırlayırsınız. Atəşkəsə Müdafiə nazirlərinin zəngləri, Müdafiə nazirliklərinin vasitəçiliyi ilə nail olunmuşdu. İndi Türkiyə hesablaşmaq məcburiyyətində qalınacaq amilə çevrilmək istəyir... Türkiyə göstərdi ki, onun daha çox müstəqilliyi var. Bu gün o, öz mövcudluğunu çox praktik, cəsarətli, tədrici addımlarla möhkəmləndirməyə çalışır və nümayiş etdirmək istəyir ki, burada heç kim Ankarasız ciddi bir addım ata bilməsin”, - deyə Koçaryan vurğulayıb.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"