Qərbi Azərbaycan İcması Ankara təmsilçiliyinin üzvləri İqdırın Hakmehmed kəndindəki şəhidliyə baş çəkiblər - FOTOLAR

19 sentyabr, 2020 12:29

17 sentyabr 1919 - cu ildə Türkiyədə, İqdırın Hakmehmed kəndində baş verən soyqırımın xatirə günü Qərbi Azərbaycan İcmasının üzvləri həmin kənddəki şəhidliyə baş çəkib, həmin dəhşətli soyqırım zamanı şəhid olan insanların xatirələrini yad ediblər.

Azsiyasət.com xəbər verir ki, bu barədə təmsilçiliyin mətbuat xidmətindən verilən məlumatda belə deyilir. Bildirilir ki, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dərya Akdemir və təmsilçiliyin əslən qərbi Azərbaycandan olan digər üzvləri Hakmehmed kəndində soyqırım qurbanlarının xatirəsinə salınan şəhidliklə tanş olublar və ərazidə təmizlik işləri aparıblar.

Daha sonra təmsilçilik üzvlərinin bundan sonra da davamlı olaraq şərqi Anadoluda ermənilərin qətlə yetirdiyi insanların uyuduğu torpaqları ziyarət edəcəklərini bildirən Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dərya Akdemir həmin ziyarətlərin məhz Hakmehmed kəndindən başlamalarının xüsusi simvolik bir məqsədi olduğunu deyib.

D.Akdemir bildirib ki, bu kənddə qətlə yetirilənlərin demək olar ki, hamısı "qaçhaqaç" dediyimiz dövrdə, qərbi Azərbaycandan qardaş Türkiyə sərhədlərinə sığınan insanlardır və bu insanların başına gələnlər bəlkə də dünyanın heç br yerində yaşanmayıb:

"Düşünün, soyqırımdan canını qurtarıb başqa bir yerə pənah gətirirsən və bir neçə il sonra pənah gətirdiyin yerdə də yenə eyni soyqırımla üz - üzə qalırsan. Bu gün bu şəhidlikdə uyuyan bəzi qaynaqlara görə 83, bəzi qaynaqlara görə isə 51 şəhidin tək suçu məncə Türk olmaları idi, müsəlman olmaları idi. Diri - diri yandırılan, haqsız işgəncələrə məruz qalaraq qətlə yetirilənlər ermənilər tərəfindən qətlə yetirilən digər soydaşlarımız kimi dünyanın gecikmiş ədalətinin bir gün bərpa olunacağını gözləyir. Narahat ruhları bizi əməli işə səsləyir. Qoy ruhları şad olsun, biz Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyi olaraq hər zaman onların qəsb edilmiş hüquqlarının, əllərindən alınan həyatlarının müdafiəçisi olacağıq. Bilirsiniz ki, əslən qərbi Azərbaycandan olan soydaşlarımızın böyük əksəriyyəti cənnət Türkiyəmizin sərhəd qapısı İqdıra yerləşiblər.

Mən bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili, dəyərli ziyalımız Əziz Ələkbərli ilə və eyni zamanda icmamızın digər dəyərli ziyalıları ilə mütəmadi olaraq müzakirələr aparıram. İnşaallah, bu yaxınlarda bu ərazilərə köç edən qərbi azərbaycanlıların da haqq səslərini dünya eşidəcək. Bu gün bu şəhidlikdə uyuyan şəhidlərimizə isə Allahdan rəhmət diləyirəmj. Qoy ruhları bizim yardımçımız olsun".

Sonda şəhidlərimizin ruhuna dualar edilib.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"