ABŞ-ın müdafiə büdcəsi nə qədər oldu?
28 dekabr, 2021 01:06

ABŞ Prezidenti Co Bayden 2022-ci il üçün ölkənin müdafiə büdcəsini təsdiqləyib.
TASS əbər verir ki, Ağ Ev bu büdcənin 770 milyard dollar həcmində olduğunu açıqlayıb. Məlumatda qeyd edilir ki, Bayden 2022-ci maliyyə ili üçün, əsasən ABŞ Müdafiə Nazirliyi və hərbi inkişaf proqramları, ABŞ Energetika Nazirliyinin milli təhlükəsizlik proqramları və kəşfiyyat proqramları üçün ayrılan vəsaitlər haqqında qanunu imzalayıb.
2021-ci maliyyə ili üçün müdafiə büdcəsi təxminən 740 milyard dollar olub.