Ermənilər Qarabağda yeni qəbiristanlıq salır - Müharibə hazırlığı
25 sentyabr, 2020 12:05

Ermənistan rəhbərliyi Azərbaycanın işğal altındakı torpaqlarında yeni qəbiristanlıq salacağını açıqlayıb.
Bu barədə Qarabağda yaradılmış qondarma rejimin rəhbəri Araik Arutunyan açıqlama verib.
“Xankəndinə yerləşən qəribistanlıq təmir olunaraq genişləndiriləcək. Bundan başqa, yeni qəbiristanlığın salınması üçün yer ayırıb”-deyə o bildirib.
Bir neçə hektar sahədə yerləşəcək qəbiristanlığın salınması barədə qərar təmas xəttində hərbi gərginlik fonunda verilib. Belə ki, son günlər tərxibatçı açıqlama verən Ermənistan rəhbərliyi Qarabağda hərbi texnika və canlı qüvvə cəmləyib.