Ukraynada hərbi təyyarə qəzaya uğradı, 22 nəfər öldü - VİDEO
26 sentyabr, 2020 00:48

Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 hərbi təyyarəsi qəzaya uğrayıb.
Hərbi hava Qüvvələrinin Xarkov Universitetinin kursantlarının olduğu təyyarə 2 kilometr uçduqdan sonra düşüb. Rostov şosseis yaxınlığına düşən təyyarənin hansı istiqamətdə uçması hələlik bilinmir.
Azsiyasət.com Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 28 nəfər olub. Onlardan 5-i heyət üzvü, 18-i kursantdır. Göyərtədəkilərdən 22-si ölüb, 2-nin vəziyyəti ağırdır, 4 nəfərin isə taleyindən xəbər yoxdur.