Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi

26 sentyabr, 2020 22:02

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev tutduğu vəzifədən istefa verib.

Azsiyasət.com xəbər verir ki, o bu barədə şəxsi facebook hesabında qeyd edib.

Hacı Yasin Əliyev istefasına səbəb kimi səhətində yaranan problemi göstərib:

"Nəzərinizə çatdırım ki, əməkdaşlarımızın da xəbərdar olduğu kimi son zamanlar sağlamlığımda müəyyən ciddi problemlər yaranıb. Bir ildir ki, həkimlərin nəzarət altında intensiv olaraq mualicə olunuram. İnşallah ki, Uca Allahın şəfası və həkimlərin də köməyi ilə tez bir zamanda sağalaram. Həkimlərin məsləhəti və tövsiyələrinə əsasən, mualicə dönəmində psixoloji və fiziki olaraq stress və ağır işlərdən uzaq olub, istirahətə çox önəm verməli olduğum bildirilib. Təbbii ki, tutduğum məsuliyyətlə həmin tövsiyələrə əməl etmək mümkün olmadığından iki uşaq atası olaraq öz işimdən çəkilməyi, istefa verməyi qərara alıram".

Yasin Əliyev həmçinin öz qeydində, çalığşdığı dövr ərzində öz fəaliyyətinədə nəzər salıb:

"Mən həmkarlarım şeyx və müfti ilə müsəlman icması üçün 20 illik fədakar zəhmət və şirin xatirələrlə ayrılacağam. Dinə xidmət etdiyim illərdə şərqi Gürcüstanda yaşayan müsəlmanlar üçün bir sıra faydalı işlərin görüldüyünü deyə bilərəm. Onlarla məscidlər təmir edildi, bir neçəsi yenidən inşa olundu. Qeydiyyatı olmayan məscidlərimizin böyük hissəsinin bu sahədəki problemi həll olunub idarənin sərəncamına verildi. Bir neçə dini ədəbiyyat çap edilib müsəlmanların ixtiyarına çatdırıldı. Hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində ibadət otaqları açıldı. Digər dini konfessiyalarla əlaqələr qurulub birgə mühüm layihələr həyata keçirildi. Ən əsası, mənim, həmkarlarımın və həmfikirlərimin iradəsi və təşəbbüsü nəticəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsi təsis edildi".

Hacı Yasin həmçinin bundan sonra onu kim əvəz edəcəyi ilə bağlı da öz açıqlamasını verib:

"Qeyd edim ki, yaxın gələcəkdə Ali dini şura toplanaraq yeni müftinin seçki yolu ilə müəyyənləşdirəcəklər. Ona qədər mənim (Şərqi Gürcüstan Müfti) fəzifəsini sizin hamınızın yaxşı tanıdığınız mənim muşavirim hacı Eyvaz Mərdanov icra edəcək", - deyə Y. Əliyev bildirib.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"