Gürcüstan ermənilərindən təxribat - Türkiyə ilə sərhədi bağladılar
30 sentyabr, 2020 00:22

Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin təxribatları davam edir.
Azsiyasət.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, yerli ermənilər Gürcüstanı Türkiyə ilə birləşdirən yolu bağlayıblar. Onlar rəsmi Tbilisinin Gürcüstan-Ermənistan sərhədini açmayınca, Türkiyədən gələn yük maşınlarını Gürcüstan ərazisinə buraxmayacaqlarını bildiriblər.
Hazırda Gürcüstan hüquq-mühafizə orqanları yolun açılması və iğtişaş törədən ermənilərin saxlanılması üçün tədbirlər həyata keçirir.