Onlar da Azərbaycana dəstək oldu- "Azərbaycanın yanındayıq"

14 iyul, 2020 12:16

Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində davam edən döyüşlərlə bağlı Türkiyənin Azərbaycana dəstəyi davam edir. 

Artıq ötən gündən etibarən tvitterdə “Seninleyiz Azerbaycan” həştəqi yaradılıb. Bu həştəqlə bir çox siyasətçilər paylaşım edərək Azərbaycanın yanında olduqlarını bəyan edirlər. 

Sabiq parlament sədri Binəli Yıldırım Ermənistanın Tovuz bölgəsinə etdiyi hücumu qəbuledilməz adlandırıb: “Bu hücum Azərbaycanın ərazi bütövlüyünə edilib. Döyüşdə həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Öz haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanındayıq”.

Xəzinə və Maliyyə naziri Berat Albayrak qardaş ölkə olan Azərbaycana Ermənistan tərəfindən həyata keçirilmiş hücumu şiddətlə qınadığını bəyan edib: “Hücumda şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirik. Dost və qardaş ölkə olan Azərbaycanın daim yanında olmağa davam edəcəyik”.

“İyi” Partiyasının sədri Meral Akşener isə dəstəyini belə ifadə edib: “Ermənistanın can Azərbaycana qarşı hücumundan şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Sadəcə qardaş olduğumuz üçün deyil, işğalçıya qarşı torpaqlarını müdafiə etdiyi üçün yanlarındayıq və hər zaman da yanlarında olacağıq”.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Ermənistan sərhədində Tovuz bölgəsində Ermənistanın hücumu nəticəsində şəhid olan qardaşlara Allahdan rəhmət diləyib: “Qardaş ölkə Azərbaycanın başı sağ olsun. Bir millət, iki dövlətik”.

Türkiyənin vitse-prezidenti Fuat Oktay qeyd edib ki, dost və qardaş ölkə olan Azərbaycana Ermənistanın hücumları qəbul edilə bilməz: “Hücumu şiddətlə qınayırıq. Şəhid düşən qardaşlarımıza Allahdan rəhmət diləyirik”.

Məlum olduğu kimi, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da “Can Azərbaycana canımız fəda” şəklində yenidən paylaşım edib.

Qeyd edək ki, sözügedən həştəqlə müxtəlif təbəqələrdən olan çoxsaylı insanların Azərbaycana dəstək ifadə edən tvitləri davam etməkdədir. (qafqazinfo.az) 

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"