“Müharibə qaçılmazdır, Azərbaycan ordusu keyfiyyətcə, hətta Rusiya ordusundan da üstündür” – rusiyalı hərbi ekspert

14 iyul, 2020 12:39

“Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı çox yüksəkdir”. 

Bu sözləri tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenhauer "Rosbalt"a müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisələr müharibəyə doğru gedir və ehtimal ki, bu, qaçılmazdır:

“Çünki problem heç bir şəkildə həll olunmur və bundan ötrü hətta nəzəri perspektivlər də görünmür. İndi iki seçim var: ya döyüşmək, ya da “nə sülh, nə də müharibə” ruhunda davam etmək, yəni dondurulmuş münaqişə. Lakin dondurulmuş münaqişələr, xüsusən də insanların öldürülməsi ilə davam edən, atışmaların müntəzəm baş verdiyi yerlərdə bu, adətən müharibəyə səbəb olur. Bu, 1973-cü ildən bu yana heç kimin atəş açmadığı Kiprdəki türk-yunan qarşıdurması deyil. Bu, İsrail-Livan sərhədindəki qarşıdurmadan da dəhşətlidir, çünki orada başa düşürlər ki, nəsə baş versə, heç bir tərəf üçün yaxşı olmayacaq”.

Hərbi ekspert daha sonra Azərbaycanın İsraillə fəal əməkdaşlıq etdiyini yada salaraq bildirib:

“İsrail, ümumiyyətlə, bu ölkədə ciddi hərbi mövcudluğa malikdir. Burada onun kontraktçıları, Azərbaycan silahlı qüvvələrini təkmilləşdirən mütəxəssisləri var. Azərbaycanda əsas amil İsraildir. İsrail, həqiqətən də, Rusiyanın təqdim edə biləcəyi silahlardan da daha müasirləri ilə Bakını yaxşı silahlandırıb. Deyə bilərik ki, Azərbaycan silahlı qüvvələri keyfiyyətcə, hətta Rusiyanınkından üstündür. Məsələn, müasir dronlar məsələsində. Üstəlik, İsrail pilotsuz təyyarələrini bizə satmadı, çünki Pentaqon icazə vermədi, amma Azərbaycana satdı. 2016-cı ilin “4 günlük” müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin erməni ordusundan keyfiyyətcə üstünlüyü özünü göstərdi. Azərbaycanlılar o vaxt İsrail dronlarından əlavə, Rusiyanın “Buratino” adlı ağır sistemlərini erməni mövqelərinə qarşı tətbiq etmişdilər. Ermənilər üçün bu, əsl şok idi, o zaman onlar yetərincə ciddi itki vermişdilər”.

İşğalçı ordunun göstəricilərinə gəlincə, Felqenhauer hesab edir ki, Ermənistan sovet tipli bir orduya malikdir.

“Onların bir çox ağır silahları - tankları, artilleriyası, raket sistemləri, ballistik raketləri var. Rusiya onları “İsgəndər”lərlə təmin edib. Həm Azərbaycanda, həm də Ermənistanda sovet istehsalı hava hücumundan müdafiə sistemləri mövcuddur. Ancaq təkrar edirəm, yalnız Bakı İsrailin daha keyfiyyətli və müasir silahlarına sahibdir. Unutmayaq ki, israillilər hazırda Azərbaycan T-72 tanklarını Rusiya T-90 tankları səviyyəsinədək modernləşdiriblər. Bundan əlavə, Azərbaycan kifayət qədər inkişaf etmiş müdafiə sənayesinə malik Türkiyədən də müasir silahlar alır. Ermənistanın isə pulu azdır və o, yalnız Rusiyadan nəsə ala bilər, özü də yalnız Moskva satmaq və ya vermək istədiyi şeyi. Ermənilər İrandan silah almırlar, çünki başa düşürlər ki, Amerikanın “qara siyahıları”na düşə bilərlər”, - deyə, analitik qeyd edib.

Fikrini yekunlaşdıran rusiyalı hərbi ekspert Ermənistanla Azərbaycan arasında barışıq baxımından vəziyyəti ümidsiz adlandırıb və əlavə edib:

“Qarabağ münaqişəsi kimi konfliktlərin daha böyük müharibə ilə nəticələnə biləcəyi ehtimalı yüksəkdir”.

(musavat.com)

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"