Norveçdə yaşayan azərbaycanlı bloger qadının hekayəsi

03 iyul, 2020 16:04

Gülbəniz Peygand: “Bütün izləyicilərimin Norveçə gəlib, bu heyrətamiz gözəlliyi öz gözləri ilə görmələrini arzulayıram”

Xaricdə yaşayan azərbaycanlılar, onların ordakı həyata adaptasiyası, planları, Azərbaycana dair baxışları hər zaman müzakirə olunan mövzulardandır. "İnstagram"da öz fərqli paylaşımları, yemək, gəzinti, səyahətlə bağlı məsləhətləri ilə diqqət çəkən həmyerlilərimizdən biri də Gülbəniz Peyganddır.

O, Norveçin Oslo şəhərində yaşayır. Norveçdə yaşayan, ora bir azərbaycanlı baxışı ilə baxan, orda özünəməxsus ada yaradan müsahibimizlə eninə-uzununa danışdıq. Bloger, səyahət, mətbəx bilicisi və minlərlə izləyicini öz profilində toplayan Gülbəniz xanımla maraqlandığımız bütün mövzular ətrafında söhbətləşdik.

- Son illər əcnəbi ölkələrə köç edən, yolu ora düşən azərbaycanlıların sayı xeyli artıb. Sizi Norveçə aparan səbəblər nələrdir?

- Düzdür. Son illər çoxalıb Azərbaycandan olan azərbaycanlılar. Əvvəllər yalnız cənubi azərbaycanlılar var idi. O vaxt bizim azərbaycanlıların sayı nə Norveçdə, nə də Avropada bu qədər çox idi. Mən Norveçə təxminən 20 ildir ki, köçmüşəm. Atamın bibisi oğlu ilk dəfə norveçli xanımı və iki uşağı ilə 1997-ci ildə Bakıya bizə qonaq gəmişdi. O da Cənubi Azərbaycanda doğulub. Çünki mənim ata babam da Mərənddən olub və ruslar Azərbaycana gəlməmişdən əvvəl bir qardaşı ilə Qazaxa, Gədəbəyə qızıl mədənində işləməyə gəlib. Qohumlarımız məni o vaxt özləri ilə Norveçə gətirmək istəyirdilər, amma mənim o vaxtkı qanunlara görə yaşım 18-dən aşağı olduğu üçün yalnız valideynlərimin pasportları ilə Azərbaycandan çıxa bilərdim. Sonradan mənə au-pair vizası (ailə yanında yaşayan 30 yaşadək qızlara mədəniyyət mübadiləsi məqsədi ilə verilən 2 illik viza) yolladılar. Norveçə gəlməyim 3 il çəkdi. Qəribəsi (əslində, qəribə deyil, çünki səbəbini, yəni həyat missiyamı anlamışam) budur ki, mən uşaqlıqdan xaricdə yaşayacağımı deyirdim. Ruhum mənə bunları pıçıldayırdı sanki.

- Soyuq iqliminə, günəşsiz keçən günlərinə və təbii ki, uzaqlığına görə Norveç mühacirlər üçün çox da tərcih edilən ölkələr sırasında deyil. Azərbaycan kimi bir ölkədən sonra orda yaşamaq çətin deyilmi?

- Sadaladıqlarınıza görə mənim üçün Norveçdə yaşamaq heç vaxt çətin olmayıb. Hər ölkənin öz mənfi cəhətləri var. Yaxşı həyat üçün, hüquqlarının qorunduğu bir ölkədə yaşamaq üçün həmin amillər maneə deyil.

- Orda nə edirsiniz? Hansı işlərlə məşğul olursunuz? Özünüzü necə realizə etməyə çalışırsız?

- İlk işlərim müxtəlif mağazalarda satıcı olmaqla başlayıb. Daha sonra maliyyə sektorunda işləmişəm. 2006-cı ilin əvvəllərindən İmmiqrasiya idarəsində lazım olduqda tərcüməçi işləməklə yanaşı, Azərbaycandan gələn mühacirlərin Norveçdə sığınacaq istəyərkən sığınacaq müsahibələrini şifahi olaraq mən tərcümə edirəm. Hal-hazırda demək olar ki, heç kim gəlmir. Bundan əlavə, üç illik maliyyə təhsilinin 2 ilini bitirmişəm. Üçüncü ilini oxuyub-oxumayacağımı dəqiq bilmirəm, amma təhsilimdən əldə etdiyim biliklərimi də heç kim məndən ala bilməz, necə deyərlər. Hal-hazırda işimi səyahət sektoruna dəyişmək istəyirəm. İnstaqramda @azeriblogger.norway hesabımı da bu məqsədlə açmışam. Koronavirusa görə hələ istədiyim mövqedə ola bilməsəm də, Azərbaycan dilində Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara Norveç, Norveçin görməli yerləri və Norveç mədəniyyəti haqda məlumat verməyə çalışıram. Onu da deyim ki, bunu əvvəllər Norveçdə yaşayan heç bir azərbaycanlı "Instagram"da etmədiyi üçün ehtiyac var idi. Norveç Turizm Assosiasiyasının üzvüyəm. Bir gün Norveçə gəzməyə gələn hər tipdə azərbaycanlı turistlərə bələdçilik etməyi düşünürəm. İstər qışda xizək sürməyə gəlsinlər, istərsə də yayda dincəlməyə və ya gəzməyə. Bundan əlavə, Norveçdə son 20 illik həyat hekayəm haqda kitab yazıram.

- Norveçli sevgilinizin olması... maraqlı bir söhbət mövzusu ola bilər? Əcnəbi biri ilə münasibət qurmaq, onu davam etdirmək, bununla paralel analığınızı da yüksək səviyyədə icra etmək. Dəngələri, tarazlığı necə qoruyursuz?

- Norveçli sevgilimin olması barədə çox danışa bilərəm. Biz hələ ki, birlikdə yaşamırıq, amma karantin vaxtında məktəblər onlayn olduğu üçün iki aya yaxın mən və qızım onun Oslodan qatarla bir saat uzaqlıqda yerləşən evində yaşadıq. İki ilə yaxındır ki, münasibətdəyik. Deyərdim ki, ruh əkiziyik. Yəni bir-birimizlə razı olmadığımız vaxtlarımız çox az olur. Qarşılıqlı hörmət, sevgi və anlaşma ilə münasibətimizin tarazlığını qorumağa çalışırıq. Qızımı da öz övladı kimi çox sevir. Qızım da onu. Qızımın qayğısı qanuna əsasən, yalnız mənə aiddir. Buna baxmayaraq, həm sevgilim, həm də ailəsi mənəvi yüklərində mənə bacardıqları dəstəyi göstərirlər. Münasibətimizin bir müsbət cəhəti də odur ki, mənim Oslodaki evimdə işdən boş vaxtlarında o qonaq olur, həftə sonları isə biz ona qonaq gedirik. Beləliklə, həm şəhər həyatı, həm də təbiət qoynunda, çay kənarında olan gözəl bir həyat yaşayırıq. Mən qızımın məktəbinin qurtarmağını gözləyirəm. 2-3 həftə sonra 6-cı sinfi bitirir. Uşaq olsa da, hər zaman onun fikirlərinə və arzularına hörmətlə yanaşıram. Oslodakı məktəbindən və sinif yoldaşlarından ayrılmaq istəsə, bu payız, olmasa, ən gec gələn yay sevgilimin yaşadığı yerə köçməyi düşünürük.

- İnstaqramdakı postlarınızda daha çox yeməklər, gəzdiyiniz yerlər, kəşf etdiyiniz gözəlliklər yer alır. İki dəfə Norveçdə olmuşam, bu mənada gözəlliklər sarıdan əziyyət çəkmədiyinizi bilirəm. Bu paylaşımlardan sonra yolunu Norveçə salmaq istəyən azərbaycanlıların sayında bir artım olubmu? Onlara tövsiyə edirsizmi Norveçə gəlməyi?

- İzəyicilərim arasında əvvəllər Norveçə yay məktəbində gəlmiş və Norveçdə ali məktəblərdə oxumuş və məsul vəzifələrinə görə Norveçdə olmuş izləyicilərim var. Video paylaşımlar edəndə Norveç üçün darıxdıqlarını və həmin videolarla bir az təsəlli tapdıqlarını deyirlər. Onlardan əlavə, Norveçə yay məktəbinə gəlməyi planlayan, digər ali məktəblərdə oxumaq istəyən, Norveçdə ali təhsil və "Erasmus" proqramı ilə maraqlanan izləyicilərim də var ki, onlara ali təhsil barədə postlar hazırlamağa söz vermişəm. Digər izləyicilərim isə turist kimi gəlmək barədə maraqlanırlar. Norveçin füsunkar gözəlliyi ilə əvvəldən və mənim video storylərimlə tanış olublar. Mən öz postlarımda, ümumiyyətlə, bütün gerçəklər barədə yazmağa çalışıram. Belə ki, Norveç həm də dünyada ən bahalı ölkələr arasındadır. Sualınızın son hissəsinə gəlincə, bəli, izləyicilərimin və gələcək izləyicilərimin hamısına Norveçə gəlib, bu heyrətamiz gözəlliyi öz gözləri ilə görmələrini arzulayıram!

- Azərbaycanlılar Norveçdə sayca azdır bildiyim qədər. Çevrənizdəki həmyerlilərinizlə əlaqə saxlayırsızmı?

- Mən gəldiyim ilk gündən həm Norveç mədəniyyətinin, həm də Osloda Azərbaycan mühitinin içində olmuşam. Qohumumuz öz həmyerliləri ilə ANA-nı (Azərbaycan Norveç Assosiasiyası) qurmuşdu. Onlara mən də bu işdə kömək edirdim. Belə ki, Norveçə ilk gəldiyim vaxtlarda 5-10 rusdilli azərbaycanlı qızlarımız var idi və onlar da Cənubi azərbaycanlılarla evlənib, Norveçə köçmüşdülər. Azərbaycan dilində səlis yazan və yaxşı nitq qabiliyyətli biri kimi həm də türk radiosunun nəzdində olan Azərbaycan radiosunda da 2001-2002-ci illərdə aparıcılıq etmişəm. Daha sonra, 2006-cı ildə bir vaxtlar yaxın bir bakılı dostumla NAYO (Norwegian Azerbaijani's Youth Organization​) təşkilatını yaratmışam. Azərbaycandan Norveçə yay məktəbinə gələn azərbaycanlı tələbələr və skautlarla bir çox layihələrimiz olub. 2007-ci ildə eks Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevi də bizim təşkilat qəbul etmişdi. 2008-ci ildən ana olduğum, sonra ailə problemlərim başladığı və tənha valideyn olduğum üçün tədricən təşkilat işlərindən uzaqlaşdım. Eləcə də şəxsi həyatıma başım qarışdığından və dünyagörüşümə görə bir çox azərbaycanlı ilə əlaqəm kəsildi. Əvvəlki kimi çox ünsiyyətcil olmamağımın bir səbəbi isə İmmiqrasiya idarəsinin (UDİ) tərcüməçisi olmağımla əlaqədardır. Sığınacaq müsahibələrini tərcümə etdiyim insanlar mənə o tədbirlərdə rast gəldikdən sonra həmin yığıncaqları tərk edirdilər. Mənim tərcüməçi olduğuma görə sirr verməmək barədə andım olmağına və bunu müsahibə başlamazdan əvvəl vurğulamağıma baxmayaraq, həmin insanlar çox güman ki, onların məsələlərini başqa azərbaycanlılarla müzakirə etdiyimi düşünürdülər. Bu, bir az Azərbaycanda insanların bir-birinə və sistemə etimadından irəli gəlir deyərdim. Mən isə işimdə professionallığı sevirəm. Onların narahat olması məni də narahat edirdi. Onlar ölkəyə yeni gəldikləri və özlərini qərib hiss etməmələri üçün mən uzaq qalmağı seçdim. Hal-hazırda ictimai tədbirlərə getməsəm və çox azərbaycanlı ilə əlaqəm olmasa da, hər bayramda bir-birimizə təbrik göndərdiyim, eləcə də küçədə görəndə salamlaşıb hal-əhval tutduğum azərbaycanlılar da var.

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub