Adil İsmayılov Aslan İsmayılovu debata çağırdı - "İllərdir yetənə yetib, yetmədiyinin arxasınca daş atıb"

27 avqust, 2020 10:11

Son günlər AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy etməsi bir çox ictimai xadimlər arasında müzakirələrə səbəb olub. Hüquqşünas Aslan İsmayılov bununla bağlı sosial şəbəkə hesabında bir neçə yazı yayımlayıb və canlı yayımlarda bu mövzu haqda danışıb. Tanınmış vəkil Adil İsmayılov isə həmkarına müraciət edərək “Sən nə istəyirsən, Aslan İsmayılov?” deyə ritorik sual ünvanlayıb.

Adil İsmayılovdan növbəti atmaca hüquqşünasın rəsmi olaraq müəllifi olduğu kitabla bağlı olub: “Bir az da belə davam eləsə “Sumqayıt hadisələri”nin müəllifinin Aslan İsmayılov olmasına inanacağam”.

Bundan sonra Adil İsmayılov keçmiş tanışını debata çağırıb:

“Dostlar soruşur ki, müəllim, Aslan İsmayılov heç özü nə istədiyini düz-əməlli bilmir, bəs sən ondan nə istəyirsən? Cavab verirəm. Aslan müəllimlə tanışlığımızın əvvəli 1989-cu ilə gedib çıxır. Mənim barəmdə canlı yayım edəndə tanışlığımızın tarixçəsini ətraflı danışıb. Bu müddət ərzində dəfələrlə uzaqlaşıb, sonra yenidən yaxınlaşmışıq. Hər dəfə onun dəyişəcəyini düşünmüşəm. Görünür, səhv etmişəm. Nə o dəyişib, nə də mən dəyişmişəm. Tanıyanlar bilir, mən heç vaxt özümü reklam etməmişəm, apardığım işləri yeri gəldi-gəlmədi ictimailəşdirməkdən qaçmışam, hay-küy, həyasızlıq mənlik deyil. 

30 ildə dəfələrlə vəkil olduğum və ona heç bir aidiyyəti olmayan işlərdən Aslan müəllim bildi-bilmədi “ağız dolusu” danışıb. Bu illər ərzində bir neçə dəfə qarşı tərəflərin vəkili olmuşuq. Cəmi bir dəfə ortaq işimiz olub, ikimiz bir gün eyni adamın vəkili olmuşuq. Heç vaxt onun arxasından iş çevirməmişəm, arxasınca danışmamışam, ümumiyyətlə bu, mənim xarakterimə ziddir. Amma onun tam əksini etdiyini deyə və sübut edə bilərəm. Adam illərdir yetənə yetib, yetmədiyinin arxasınca daş atıb. Düşündüm ki, buna son qoymağın zamanı çatıb.

Odur ki, burdan üzümü Aslan İsmayılova tutub deyirəm, onun arxasınca danışmaq, qeybət etmək mənə yaraşmaz, istədiyi məkanda, onlayn telekanalda onunla canlı yayımda söhbət etməyə, barəsində düşündüklərimi üzünə deməyə və barəmdə düşündüklərini eşitməyə hazıram. İctimaiyyətin bunları bilməyə və kimin-kim olmasını dəyərləndirməyə haqqının çatdığını düşünürəm”.

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..